Mğənni Zuhal Olcay Prezident Ərdoğanı təhqir etdiyi səbəbindən 10 ay müddətinə həbs edilib.
Məlumata görə, prosesə Zuhal Olcay və vəkili qatılmayıb. Əvəzində Prezident Ərdoğanın vəkili prosesdə iştirak edib, şikayətlərini geri çəkmədiklərini qeyd edərək qarşı tərəfin cəzalandırılmasını istəyib.
Sonda məhkəmə qərarını açıqlayıb. Qərara əsasən Zuhal Olcay Prezident Ərdoğanı təhqir etdiyinə görə, barəsində 1 il həbs cəzası çıxarılıb.
Məhkəmə daha sonra Olcayın məhkəmə prosesi zamanı davranışlarını təqdir edərək cəzasını 10 aya endirib/Teleqraf.com.