XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 21:09

Tanınmış aktyor və 3 qardaşı həbs edildi –Narkotik əməliyyatı

İstanbul polisi türkiyəli aktyor Adnan Koç və daha dörd nəfəri saxlayıb.

Aktyor polis tərəfindən kokain almaq istədikdə yaxalanıb. Ona qarşı narkotik istifadə etmək və ticarəti ilə məşğul olmaq ittihamı ilə cinayət işi açılıb.

Yaxalananlar arasında məşhur şəxsləri narkotik maddə ilə təmin edən Sinan Bozburunun da olduğu vurğulanıb. Adnan Koçla bərabər üç qardaşının da əməliyyat zamanı ələ keçirildiyi bildirilib.

Qeyd edək ki, Adnan Koç "Möhtəşəm Yüz il" serialının aktyorudur. O burada Bəhram paşa rolunu canlandırıb/Axar.az.