XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Mart 2018 - 10:50

“Leyli və Məcnun” operası Vaşinqtonda nümayiş olunur –FOTO

Martın 22-də “Leyli və Məcnun” operasının Vaşinqton şəhərində premyerası olub. Yeni versiyada təqdim olunan Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operası ABŞ-nın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.

AZƏRTAC agentliyinin məlumatına görə, operadakı ifaları Alim Qasımov və onun qızı Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Kennedi Mərkəzinin mətbuat açıqlamasında deyilir ki, faciəvi sevgini əks etdirən opera 1908-ci ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərinə uyğunlaşdırılıb. Qeyd edilir ki, məşhur Nizami Gəncəvi və Məhəmməd Füzulinin tərcümə olunan hekayəsi Yaxın Şərqdə və digər mədəniyyətlər arasında məşhurdur. Qərbdə daha çox tanınan “Romeo və Cülyetta” hekayəsinə bənzər, lakin ondan bir qədər əvvəl yazılan “Leyli və Məcnun” əsəri çoxsaylı incəsənət formatlarında nümayiş etdirilib. Bir çox şer, vizual incəsənət əsəri, ədəbiyyat, kino və musiqilər məhz “Leyli və Məcnun”dan ilham alınaraq ərsəyə gətirilib.

Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.