XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 10:18

“Eurovision” Mahnı Müsabiqəsinin ilk qalibi vəfat edib – VİDEO

 

 

Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib.

Bu barədə "Eurovision" Mahnı Müsabiqəsinin saytı  məlumat yayıb.

1924-cü ildə İsveçrənin şimalındakı Rupersvil şəhərində anadan olan L. Assianın əsl adı Roza Mina-Şerer olub. Karyerasına rəqqas kimi başlayan L. Assia daha sonra mahnı oxumağa başlayıb. Müğənninin ən məşhur mahnısı 1950-ci ildə ifa etdiyi "O Mein Papa" olub. Dünyada bir çox xeyriyyə aksiyalarında iştirak edən L. Assia bir sıra filmlərdə də rol alıb. L. Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən ilk "Eurovision" Mahnı Müsabiqəsində ifa etdiyi "Refrain" mahnısı ilə müsabiqənin qalibi olub. (APA)

Son illər L. Assia Fransanın Kann şəhərində yaşayıb.