XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2018 - 15:21

Oğlu Fuad Poladovun səhhətindən danışdı: "Gələn zəngləri açmır"


“Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.” 

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir: “Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, – o, daha sonra əlavə edib. Xatırladaq ki, aktyor Fuad Poladov xeyli müddətdir ki, xəstəliklə mübarizə aparır.