XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 11:31

Xalq artisti Firəngiz Mütəllimovaya ağır itki:"Bazara getdiyi yerdə qəfildən yıxılıb..."

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimovaya ağır itki üz verib.

Sənətkarın xalası oğlu 50 yaşlı Şamo İbrahimov dünyasını dəyişib. 

Firəngiz Mütəllimova AzNews.az-a açıqlamasında bu itkidən çox üzüldüyünü dedi:

"Şamo ən çox sevdiyim xalam oğlu idi. Ailəli idi, iki övladı var. Bir müddət öncə infarkt keçirmişdi, müalicə olundu, yaxşı idi. Bazara getdiyi yerdə qəfildən yıxılıb, elə oradaca dünyasını dəyişib. Çox üzgünəm…”.