XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

23 May 2018 - 16:28

Arzu Əliyevanın AXC ilə bağlı filmi nümayiş etdiriləcək –Rəsulzadə rolunda onun nəvəsi çəkilib (FOTOLAR/VİDEO)

Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.

Strateq.az bildirir ki, bu barədə Media Mərkəzi açıqılama yayıb.

Filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək. Daha sonra isə 26, 27 və 28 may tarixlərində “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq. Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.