XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2018 - 15:44

“Lavaşın qeydiyyatında biz Bakıya, kamançada isə Azərbaycan İrana dəstək verdi” –Hüseyn Talibi

 

 “Qeyri-maddi irsin qeydiyyata alınmasında müştərək işlər İran üçün prioritetdir”.

Bunu İranın Mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədr müavini Məhəmməd Hüseyn Talibi APA-nın Tehran bürosuna açıqlamasında deyib. H. Talibi qeyd edib ki, qeyri-maddi irs sahəsində mədəniyyətlər oxşar olduğu üçün UNESCO-nun 2003-cü il konvensiyasına əsasən müştərək qeydiyyatın mesajı ölkələr arasında  sülh və dostluq  mühiti yaratmaqdır: “Belə işlərin UNESCO-da qeydiyyatı üçün növbəyə ehtiyac yoxdur.  Bu səbəbdən bizim üçün  qeyri-maddi irs sahəsində prioritet  müştərək işlərin qeydiyyatıdır. Biz ortaq mədəniyyətə malik olduğumuz  region ölkələri ilə birlikdə qeydiyyat aparmağa hazırıq”. H. Talibi Azərbaycan və İran arasında qeyri-maddi irsin qeydiyyatı sahəsində yaxşı əlaqələr olduğunu söyləyərək qeyd edib ki, lavaşın qeydiyyatı məsələsində İran Azərbaycana, kamançanın qeydiyyatında isə Azərbaycan İrana qoşuldu: “Azərbaycan və İran arasında müştərək qeydiyyata alına biləcək digər məsələlər üçün də potensial var. Biz bu sahədə əməkdaşlıq etməyə hazırıq”