XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2018 - 12:58

Məşhur sovet kino rejissoru Stanislav Qovoruxin vəfat edib –FOTO

 

SSRİ-nin və Rusiyanın məşhur rejissoru Stansislav Qovoruxin 83 yaşında vəfat edib.

Strateq.az bildirir ki, bu barədə Rusiya Dumasının spikeri Volodin məlumat verib. Rejissor müalicə aldığı Barvixa sanatoriyasında bu gün saat 10.37-də dünyasını dəyişib.

Ağır xəstə olan Qovoruxin iyunun 13-də təcili olaraq Mərkəzi Kliniki Xəstəxanaya aparılmışdı.

Qovoruxunun çəkdiyi filmlər bütün SSRİ-də məşhur idi. “Görüş yerini dəyişmək olmaz”, “Vertikal”, “10 zənci balası”, “Voroşilov atıcısı”, “Qadına xeyir-dua verin” və digər filmlər tamaşaçı sevgisi qazanmışdı.

O, Dövlət Dumasının mədəniyyət məsələləri üzrə komitəsinin sədri idi.