ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı xalq artisti Brilliant Dadaşova olub.
Xalq artisti artıq oxumaq istəmədiyini deyib:
“Oğluma deyirəm ki, qurban olum sənə, çoxlu pul qazan, mən oxumaq istəmirəm. Çox əfsuslar olsun ki, bu sənətdə belə mühit formalaşıb. Artıq oxumaq istəmirəm. İki-üç veriliş var ki, mən ora çıxa bilirəm, onlar ürəyimcədir. Get-gedə fikirləşirəm ki, nə oldu bizə. Nəyə görə bizim musiqi belə dəyişir? Kim icazə verir buna. Bəlkə də günah elə özümüzdədir”.
Publika.az