Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Təzəpir məscidində müasir xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib.
Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimində prezident İlham Əliyevlə yanaşı, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Daxili İşlər naziri Ramil Usubov və digər dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.