XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2018 - 00:15

Prezident İlham Əliyev “Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib –VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Astana günü ilə bağlı “Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib.

İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin “Instagram” səhifəsində paylaşılıb/Report.