XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2018 - 13:14

Xalq artisti Ramiz Əzizbəyli:““Bəxt üzüyü 2” filminə baxmışam, xoşuma gəlmədi” (VİDEO)

 

Uzun zamandır ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli evinin qapılarını “Xəzər maqazin”ə açıb.

“Qafqazinfo” xəbər verir ki, bir neçə həftə sonra 70 yaşı tamam olacaq aktyor səhhəti barədə qısa açıqlama verib: “Allaha şükür ki, yaxşıyam, şikayətim yoxdur. Bu yaxınlarda 70 yaşım tamam olacaq. Heç bilmədim ömrüm necə gəlib-getdi. Məhsuldar işçiyəm. İdmançı həyatı yaşamışam. Şair, kafedra müiri olmuşam. Bundan artıq nə deyim?”

Xalq artisti bu yaxınlarda baba olduğunu da bildirib: “Qız var idi, indi də oğlan oldu. Qızımın övladı dünyaya gəldi. Rəhmətə gedən qardaşım Seymurun adını qoymuşam”. R.Əzizbəyli daha sonra “Bəxt üzüyü 2” filmini tənqid edib: ““Bəxt üzüyü 2” filminə baxmışam, xoşuma gəlməyib. Film bir dəfə çəkilər. “Bəxt üzüyü 1” filmində mahnı oxumuşam, şeirlərini, ssenarisini yazmışam. Tam səlahiyyətli müəllifiyəm. Allah rəhmət eləsin, Vaqif Səmədoğludan icazə aldım, ssenarisini yazdım”.