XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 16:38

“Eurovision” müsabiqəsinin İsraildə keçirilməsi təhlükə altındadır –12 milyonluq borca görə

İsrail “Eurovision-2019” mahnı müsabiqəsinə ev sahibliyi hüququnu itirmək təhlükəsi altındadır.

“RİA Novosti” xəbər verir ki, buna səbəb İsrailin milli yayım şirkəti olan “Kan” telekanalının beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalı olmasıdır.

Məlumata görə, hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra “Eurovision” təşkilinə məsul olan “Kan” telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu qeyd edib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin “Kan” kredit şərtlərini rədd edib və üstəlik, bu il üçün büdcənin artırılmasını tələb edib/Report.