“Fəxr edirəm ki, “Jara” festivalına üçüncü dəfə qatılıram”.
Bunu Rusiya estradasının ulduzu Filipp Kirkorov Bakıda “Jara-2018” Beynəlxalq Festivalın başlamasına həsr olunmuş mətbuat konfransında deyib.
O, festivalın təşkilatçılarına təşəkkür edib.
“Yay, istirahət vaxtıdır. Biz isə yayın ən vacib festivalını hamımızın sevdiyi qonaqpərvər Bakıda keçiririk”, – müğənni deyib.
F.Kirkorov həmçinin festivalın onun qala-konserti ilə başa çatacağını bildirib/Report.