XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 00:22

Maykl Ceksonun ölümündən sonrakı albomu saxta çıxıb –Mahnıları başqası oxuyub

 

 “Sony Music Entertainment” şirkəti pop kralı Maykl Ceksonun ölümündən sonra buraxılan albomda bir neçə mahnının başqa bir vokalçı tərəfindən səsləndirildiyini etiraf edib.

“Report” EDM portalına istinadən xəbər verir ki, şirkət nümayəndələrinin məhkəmədə bildirdiklərinə görə, “Breaking News”, “Keep Your Head Up” və “Monster” mahnıları Ceyson Malaçi tərəfindən ifa olunub.

Şirkətə qarşı məhkəmə 2014-cü ildə mahnıların saxtalığından şübhələnən fanatların iddiasından sonra başlanıb. Həmin vaxt şirkət nümayəndələri plastinkadakı bütün mahnıları Ceksonun oxuduğunu iddia edirdilər. Maykl Ceksonun “Michael” albomu 2010-cü ildə, onun ölümündən bir il sonra buraxılıb.

Məhkəmənin qərarı 90 gün ərzində bilinəcək.