XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 15:26

Bakı xanları nəslinin təmsilçiləri baş nazir Novruz Məmmədova müraciət edib –Bakı xanlarının evləri bərpa olunur  

Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanov başda olmaqla Bakı xanlarının 23-dən çox varisi Bakı xanlarının İçərişəhərdəki evlərinin bərpasıyla bağlı Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədova yazılı müraciət ünvanlayb.

Onların təmsilçisi Arifə xanım Bakıxanova Strateq.az-a bildirib ki, sovet dövründə Bakı xanlarının mədəni-maddi irsinə ögey münasibət xoşagəlməz nəticələr verib və indi hökumət səviyyəsində bu irsin bərpasıyla bağlı kopnklret addımlar atılması nəslin təmsilçiəri üçün müsbət tendensiyanı ifadə edir.

Bakıxanovanın sözlərinə görə, onlar Bakı xanlarının evlərinin bərpasıyla bağlı hökumətə yazılı bir neçə təklif göndəriblər. Sözügedən evlərin yerləşdiyi ərazidə arxeoloji qazıntılar aparılması, bərpa işlərinin həyata keçirilməsi üçün uyğun komissiya yaradılması, Bakı xanlarının irsinin araşdırılması, həmin ərazidə açıq və qapalı muzeylərin təşkil edilməsi və s. təkliflər sırasına daxildir.