XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 16:06

“Maaşım 174 manatdır, 190 manat isə kirayəyə verirəm” – Böyrəyini satışa çıxaran aktyor

Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov böyrəyini satması barədə mətbuata verdiyi açıqlamaya görə teatr tərəfindən cəzalandırılıb. 

1455017498_0001Strateq.az xəbər verir ki, aktyor musavat.com-a şiddətli töhmət aldığını təsdiq edib:

“Teatrdan mənə şiddətli töhmət verdilər. Söz azadlığım olduğunu bilirəm, amma teatrdan məni cəzalandırdılar ki, niyə böyrəyimi satacağımı demişəm. Soltan bəy bildirib ki, teatrın ən çox qazanan aktyorlarından biriyəm. Əvvəllər çəkilişlər olurdu, indi isə heç bir ekran işinə dəvət almıram”.

C.Məhərrəmov açıqlamasının reklam xarakterli olduğunu iddia edənlərə də cavab verib:

“Böyrəyimi satacağımı özümü reklam etmək üçün deməmişəm. Hazırda mənim ev problemim var. Evsizəm, kirayədə qalıram, imkanım yoxdur. Teatrın adına ləkə gətirəcək söz deməmişəm. Sadəcə, maaşım 174 manatdır, 190 manat isə kirayə pulu verirəm. Ev almaq üçün böyrəyimi satmaq istəyirəm. Əgər mənə maddi yardım olunsa, fikrimdən əl çəkəcəm. Hələ ki, böyrəyimi satmaq barədə harasa müraciət etməmişəm”.