Dünya şöhrətli opera muğənnisi Montserrat Kabalye Barselonadakı xəstəxanada vəfat edib. Onun 85 yaşı vardı.
Bu barədə “El Espanol” nəşri xəstəxanadakı mənbələrinə əsasən məlumat yayıb. Kabalye işğal olunmuş Qarabağa qanunsuz səfərə görə, XİN –in “qara siyahısına” salınmışdı.
Bir neçə il əvvəl isə məşhur müğənni Azərbaycana səfər etmiş və master-klass dərsləri aparmışdı.