XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 12:45

Nüfuzlu “Qremmi” musiqi mükafatınınqalibləri açıqlandı

Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 58-ci təqdimetmə mərasimi keçirilir.

Azertag.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Ən yaxşı musiqi albomu” nominasiyasında mükafat “1989” adlı diskə görə populyar müğənni Teylor Sviftə verilib. Amerikalı reper Kendrik Lamar “To Pimp a Butterfly” albomu ilə nominasiyaların sayına görə rekord qazanıb: o, 11 müxtəlif mükafata iddia etsə də, yekunda 5 nominasiyada qalib gəlib.

“Ən yaxşı mahnı” nominasiyasında “Qremmi” mükafatına britaniyalı Ed Şiran və onun “Thinking Out Loud” kompozisiyası layiq görülüb. Digər britaniyalı musiqiçi Mark Ronson və amerikalı Bruno Mars müştərək “Uptown Funk” kompozisiyası ilə “İlin səsyazması” nominasiyasının qalibləri olublar.

Qalmaqallı müğənni Ledi Qaqa bu il mükafat əldə edə bilməsə də, öz çıxışı ilə hamını heyrətləndirməyi bacarıb: o, səhnəyə milyonların pərəstiş etdiyi Devid Boui obrazında çıxıb. Mərasimin açılışında Qaqa onun ən məşhur hitlərini ifa edib.

Bir qədər əvvəl “Ən yaxşı danışıq albomu” nominasiyasında “Qremmi” mükafatının ABŞ-ın 39-cu prezidenti Cimmi Karterə verildiyi bildirilib.