XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Noyabr 2018 - 17:25

“Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün komissiya yaradılacaq” –AMEA prezidenti

“Bu günlərdə Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün komissiya yaradılacaq”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Mikayıl Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün çox böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, qalıqların M.Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin tədqiqi və elmi araşdırmalar deyə bilər: “Güman edirəm ki, yaradılacaq komissiya bu məsələ üzrə fəaliyyətin nəticəsini ortaya olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumlara göstəriş verib/Report.