XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 15:17

Nazirə deputatdan cavab gəldi:"Efiri xəcalət doğuran filmlər zəbt edib”


“Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin orta çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, – deyə o, qeyd edib.

Müzakirələrdə iştirak edən deputat Elmira Axundova isə bildirib ki, ölkədə kino sahəsinin inkişafına ayrılan vəsaitin məbləği gülüş doğurur: “Hazırda qonşu ölkələrdə kino sahəsinin inkişafı üçün qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, tarixi, hərbi mövzulara dair filmlər azdır. Bunun əvəzinə televiziya efirini xəcalət hissi doğuran filmlər zəbt edir”. 

Report