Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Strateq.az-a verilən məlumata görə, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 242) keçiriləcək görüşdə Lənkəran şəhərindən, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.