Bu gün Prezident İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncamda Nazirlər Kabinetinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.