XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 21:44

Xalq artisti Rasim Balayev:"Söyüş, küçə sözləri ilə komediya yaradırlar" - VİDEO

“Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm”.

Bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib.

O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:

“Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb”.

Məşhur aktyor bilirib ki, müasir komediya filmlərini bəyənmir: “Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir”.

Qafqazinfo.az