XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

19 Fevral 2016 - 13:27

“O maşını yandıraram, amma banka vermərəm…” –Aparıcı banka üsyan etdi

letafet-aparici

 

Aparıcı Lətafət Ələkbərovanın başına iş gəlib. 

 

Strateq.az Axşam.az-a istinadən xəbər verir ki, kreditlə avtomobil alan aparıcıya bank hədə-qorxu gəlib. 

 

Əməkdaşımızla söhbətində L.Ələkbərova məhkəməyə müraciət etdiyini deyib:

 

2013-cü ildə kreditlə avtomobil almışdım. Qiyməti 18 900 manat idi. Bank isə götürüb onu dollarla yazıb. Bu günə kimi mən 25 min manat ödəmişəm. İndi bank məndən əl çəkmir ki, borcu 1,56 ilə ödəməlisən. Bu da ayda 1200 manat pul edir. Bank deyir ki, mənə hələ bundan sonra 10 min manata qədər borcun var. 18 900 manatlıq maşın mənə 35 min manata gəlib çıxır. Buna görə məhkəməyə müraciət etmişəm. Yorulmuşam bankın əlindən. Müqaviləni vəkilə göstərəndə şok oldu. Müqavilədə bu hissəni çox xırda yazıblar ki, oxumaq mümkün olmasın. Beləcə müştərini aldadırlar. Əgər dərinə getsəm, hələ bankın mənə borcu var. O maşını yandıraram, amma banka vermərəm. Mən onsuz da yanmışam”.