XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 20:38

Polad Bülbüloğlu MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun sədri seçildi –Moskvada iclas oldu

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yekdilliklə növbəti dəfə MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri seçilib.

Trend-in məlumatına görə, seçki fondun idarə heyətinin Moskvada keçirilən iclasında baş tutub.

Görüşdə Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar əməkdaşlıq şurasının sədri, Tacikistan prezidentinin köməkçisi Abducabor Rəhmonzadə və MDB-nin humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

P.Bülbüloğlunu təbrik edən M.Şvıdkoy əlavə edib: “Stabillik inkişafa maneə deyil”.