XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2018 - 09:53

İçərişəhərdə “Ənənəvi İncəsənət Mərkəzi” yaradıldı –Hökumətdən qərar

Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə idarənin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.

Strateq.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.