XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 11:25

Ukraynalı müğənni “Eurovision”da Krım tatarları haqqındamahnı oxuyacaq

cemale-krim

 

Krım-Tatar mənşəli ukraynalı müğənni Cəmalə ölkəsini Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək.

"Eurovision" müsabiqəsinin rəsmi saytında xəbər verilir ki, əsl adı Suzan Cəmaləddinova olan Cəmalə “1944” adlı mahnı səsləndirəcək. Bu mahnı İosif Stalinin Krım tatarlarını Orta Asiyaya deportasiya etməsi barədədir. Mahnı ingiliscədir, xor tatar dilində səsləndiriləcək.

Xatırladaq ki, 1944-cü ilin mayında 250 min Krım tatarı qatarlara doldurularaq Orta Asiyaya göndərilib. On minlərlə insan yolda, daha sonra isə aclıqdan və xəstəlikdən həlak olub. 

Cəmalə də Orta Asiyada – Qırğızıstanın Oş şəhərində dünyaya gəlib.

Qeyd edək ki, Ukrayna müsabiqəyə bir illik fasilədən sonra qayıdıb.

Report.az