XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 13:39

Xalq artisti səhhətindən danışdı:"Bütün millətimi öpüb, bağrıma basıram”

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var. 

Strateq.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında xalq artisti özü bildirib.

“Gördüyünüz kimi, artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsun. Bütün millətimi öpüb, bağrıma basıram”, – R.Əzizbəyli əlavə edib.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.