Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncvama əsasən, qazandığı nailiyyətlərlə ölkə kinematoqrafiyasının daha da zənginləşməsi işinə dəyərli töhfələr vermiş xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümü layiqincə qeyd olunacaq.
Bu məqsədlə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.