XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 14:07

Tarixi filmdə yanlışlıq: ermənilərin Sultana sui-qəsdi –VİDEO

Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur tarixi seriallarından “Payitaht Əbdülhəmid”də yanlışlığa yol verilib.

Serialın 72-ci bölümündə Daşnaksütyun tərəfindən 1905-ci ilin 21 iyulunda Osmanlı Sultanı II Əbdülhəmidə qarşı həyata keçirilən “Ulduz” sui-qəsd cəhdi təsvir olunub.

Tarixi mənbələrə görə, Şərqi Anadolu bölgəsində müstəqil erməni dövləti yaratmaq istəyən Daşnaksütyun Federasiyası 1905-ci il iyulun 21-də Ulduz Həmidyyə məscidi qarşısında II Əbdülhəmidi öldürmək üçün bombalı hücum təşkil edir. Bu məqsədlə at arabalarından birinə 120 kq partlayıcı maddə yerləşdirilən ermənilər cümə namazından qayıdarkən II Əbdülhəmidin öldürülməsi üçün arabanı məscid yoluna yerləşdirir. Sultanın arabasına 1 dəqiqə 42 saniyəlik piyada getməsinə qədər hər şeyin hesablandığı, bütün detalları dəqiq düşünən ermənilər partlayışın təsirli alınması üçün arabaya metal parçaları doldurur, lakin sırf təsadüf nəticəsində sui-qəsd baş tutmur. Belə ki, Şeyxülislam Cəmaləddin əfəndi Əbdülhəmidə sual verdiyi üçün Sultan məsciddən vaxtından gec çıxır və ermənilərin planı iflasa uğrayır.

Terror nəticəsində 26 nəfər ölür, 58 nəfər yaralanır.

Tarixi serialın 72-ci bölümündə lentə alınan hadisə isə realdakından fərqli olaraq qış aylarında çəkilib. Filmdə sui-qəsd cəhdinin məscidin önündə deyil, məktəb açılışı zamanı edildiyi göstərilib. Bundan əlavə, bomba at arabasında partlamaq əvəzinə yerə basdırılmış vəziyyətdə təsvir olunub. Üstəlik, partlayışdan əvvəl sui-qəsd cəhdinin başında dayanan Belçika vətəndaşı Eduard Corisin Sultanı nişan aldığı göstərilir. Tarixi faktlara görə isə belə bir hadisə baş verməyib.  (Axar.az)