Fevralın 29-da YARAT Müasir İncəsənət Mərkəzində fransız musiqiçi Pyer Treqomenin Bakıya ilk səfəri münasibətilə "Caz və muğam gecəsi" adlı konsert keçiriləcək.
Strateq.az report.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yayıb. Səfirliyin Azərbaycanda Fransız İnstitutu və YARAT Müasir İncəsənət Mərkəziylə birgə təşkil etdiyi konsertdə azərbaycanlı və fransız musiqiçilər iştirak edəcəklər.
Gecənin musiqi proqramına muğam kompozisiyaları, ənənəvi, müasir və caz musiqiləri daxil ediləcək. Eyni zamanda proqramda Pyer Treqomrenin fərdi kompozisiyaları, kamança ustası Elnur Mikayılovun ifaları və digər musiqi improvizasiyaları da olacaq.
Konsertə giriş pulsuzdur.