XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2016 - 15:12

Xalq artisti İlhamə Quliyeva anasının yanında dəfn olundu –FOTO

ilhame-defn

 

Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunub.

Strateq.az xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi II Fəxri xiyabanda anası, xalq artisti Tükəzban İsmayılovanın yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Xatırladaq ki, İlhamə Quliyeva 1943-cü ildə Lənkəranda anadan olub. O, fevralın 25-də 73 yaşında dünyasını dəyişib.