“Hazırda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması məsələsi müzakirə edilir”.
Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək: “Görüşdə 4 nəfərin heykəlinin ucadılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik”.
Report