XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2016 - 16:11

“Şəhidlərin sırasına İlhamə Quliyevanın da adını yazmaq olar” –Nazirin "şəhid" anlayışından xəbəri yoxmuş

ebulfes

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Xalq artisti İlhamə Quliyevanın vida mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

 

Strateq.az aznews.az-a istinadən xəbər verir ki, nazir bu gün Xocalı faciəsinin ildönümü olduğunu xatırladıb:

 

"Bu gün həm də Xocalı faciəsinin ildönümüdür. İlhamə Quliyevanın dəfn olunduğu gün şəhidlərimizin də anım gününə təsadüf edib. O şəhidlərin sırasına sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan bir sənətkar idi”.