XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 01:23

Əliağa Vahidin “Qəzəllər” kitabı nəfis tərtibatla çap olunub

 

vahid

 

Azərbaycan Prezidenti İlham Əliyevin Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Əliağa Vahidin “Qəzəllər” adlı kitabı çap olunub.

 

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, rəssam və tərtib edəni isə Fəxrəddin Əlidir.

 

Mədəniyyət və Turizm Nazirliyindən azertag.az-a bildirilib ki, Ə.Vahidin 120 illik yubileyi ilə əlaqədar işıq üzü görən nəfis tərtibatlı bu kitabda unudulmaz şairin qəzəlləri rəsm əsərlərinin müşayiəti ilə təqdim olunub. Şübhəsiz ki, bədii sözlə təsvirin ahəngi oxucularının marağına səbəb olacaqdır.

 

“İnnovativ Tədris Mənbələri” QSC-də yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.