XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 11:10

Prezident kinorejissora mənzil verdi:"Nazir və icra başçısı sənədləri təqdim etdi"

Prezident İlham Əliyev tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Mahmudov Abduləhəd Əlirzaoğluna (Şeyx Əbdül Mahmudbəyov) mənzil hədiyyə edib.

Bu barədə kinorejissorun özü məlumat verib:

“Bir müddət öncə Prezident mədəniyyət sahəsində xidmətlərimə görə, mənə 3 otaqlı mənzil hədiyyə etdi. Mənzil Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşir. Diqqətinə görə cənab prezidentə təşəkkür edirəm. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir.

Mənim bu il 75 yaşım tamam olacaq. Ömrümün 60 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Bu, mənə böyük hədiyyə oldu. Evin sənədlərini mənə Mədəniyyət naziri Əbülbəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi”.

Unikal.org