XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 12:38

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada çap olunub –Açıqlama + FOTO

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayev – Seçilmiş fortepiano əsərləri” kitabının Almaniyada “Bellmann” musiqi nəşriyyatı tərəfindən çapı başa çatdırılıb.

Mədəniyyət Nazirliyindən Strateq.az-a verilən məlumata görə, alman dilində şərhlərlə nəşr olunan kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audio disk daxil edilib.

Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği, Avropalı gənc nəsilə Azərbaycan musiqisinin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.