XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 15:24

Xalq artisti Arif Babayev:"İçərişəhər tarixdir, tarix isə toxunulmazdır..."

İçərişəhərdə, Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılmasına etirazlar səngimək bilmir.

Xanəndə, Xalq artisti Arif Babayev də  bu etirazlara qoşulanlar sırasındadır.

Belə ki, o, “Yeni Sabah”a danışarkən İçərişəhərin toxunulmaz olduğunu vurğulayıb:

“İçərişəhər tarixdir, tarix isə toxunulmazdır. Mən də tarixi abidələrdə restavrasiya işlərinin aparılmasının tərəfdarıyam. Lakin tarixi abidəni söküb yenidən inşa etmək doğru addım deyil. Orada iaşə obyektlərinin açılması prosesi arxitektorların icazəsi ilə olmalıdır. Təbii ki, tarixi irsə ziyan vurmadan”.