İsrailin Təl-Əviv şəhərində rəsmi olaraq “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayıb.
Trend-in məlumatına görə, “Avroviziya-2019” 41 milli nümayəndə heyətinin “narıncı yol”dan keçməsi ilə başlayıb.
Bu gün həmçinin Təl-Əvivin cənub hissəsində “Avroviziya” Kəndi” açılıb.
“Avroviziya-2019″un yarımfinalçıları mayın 14-ü və 16-sı çıxış edəcəklər, final mayın 18-i baş tutacaq.