XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

16 May 2019 - 21:26

Madonna “Eurovision”un finalında çıxış edəcək –Təl Əvivdə

Madonna mayın 18-də Təl Əvivdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin finalında çıxış edəcək.

“Report” xəbər verir ki, bu barədə Kan İctimai Yayım Şirkəti məlumat yayıb.

Bununla bağlı dünya şöhrətli müğənni ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə imzalanıb.

“Yedioth Ahronoth”un məlumatına görə, Madonnanın finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək.

Müğənninin “Eurovision”un finalında üç mahnı ifa edəcəyi gözlənilir.