"Hazırda istirahət edirəm. Heç bir vəzifəyə getmək istəmirəm".
Bunu Akademik Milli Dram Teatrının sabiq direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov deyib.
"Bir istəyim var. Heç kim tərəfindən narahat edilmək istəmirəm", – deyə, İ.İsrafilov əlavə edib. O, mətbuatda barəsində yazılanlara isə münasibət bildirmək istəmədiyini söyləyib(Report).
Xatırladaq ki, İsrafil İsrafilov 2010-cu ildən 2015-ci il dekabrın 30-dək Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb. Mədəniyyət və Turizm Nazirliyi onunla müqavilə müddətini uzatmayıb. Nazirlik Azərpaşa Nemətovla müqavilə imzalayıb.