XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2019 - 15:36

Mədəniyyət Nazirliyində dəyişiklik –Yeni şöbə müdiri təyin olundu

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin olunub.

O, bu təyinatadək həmin şöbənin mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.