XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2019 - 12:13

Hirkan meşələrinin İrana aid hissəsi… –UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində İranın Hirkan meşələri ilə bağlı təqdim etdiyi nominasiyaya baxılıb.

“Report” xəbər verir ki, layihədə meşənin 1.5 milyon ha ərazisinin Dünya İrs siyahısına daxil edilməsi təklifi yer alıb.

Qeyd olunub ki, yoxa çıxmaq təhlükəsi ilə üzləşən heyvanlar məhz bu meşələrdə məskunlaşıb.

Üç yüzə (300) yaxın cinsin siyahısı tərtib olunub. Vurğulanıb ki, həmin sahə qorunmalıdır. Bir çox quşlar, eləcə də Şahin, qartal kimi yırtıcı quş növləri orada məskən salıb.

Bildirilib ki, meşədən nəqliyyat vasitələrinin keçidi potensial təhdid kimi qalır. Ərazinin mühafizəsi lazımi şəkildə təmin edilməyib. Burada təkmilləşdirmə və qanunvericiliyin dəyişdirilməsi və cəzaların sərtləşdirilməsi lazımdır. Əlaqələndirmə mexanizmləri hazırlanıb və zamnət verilir ki, orada idarəçilik sistemi gücləndiriləcək. Həmin sahənin bütövləşməsi labüddür.

Bəzi yolların bağlanılması təklif edilib. Beynəlxalq ittifaq hesab edir ki, meşə zonasının əhəmiyyəti göz qarşısındadır.

Azərbaycanın UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qeyd edib ki, həmsərhəd meşə zonası həm İran, həm də Azərbaycan tərəfinə aiddir. Orada vaxtı ilə insan faktorunun qarşısının alınması üçün lazımi tədbirlər görülüb: “Azərbaycan məyusdur ki, nominasiyanı İranla birgə təqdim edə bilmədi. Həmsərhəd qovluğunun hazırlanmasına maraqlıyıq”.

Sonda Hirkan meşələrinin İrana aid hissəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.