XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2019 - 21:25

Kıvanc Tatlıtuğ İran filmində –Təklif var, bəs təsdiq?

“Buz ürəklər” filmindn sonra “Ağazadə” adlı serialın çəkilşlərinə hazırlaşan iranlı rejissor Hamed Ənqa məşhur türk aktyoru ilə müqavilə imzalamağa hazırlaşır.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, söhbət Kıvanc Tatlıtuğdan gedir.

Serialın təmsilçisi Behrəng Toufiqi türk super kinoulduzla danışıqlar üçün 2 gün əvvəl İstanbula yollanıb və hazırda ilkin danışıqlar aparır.

Həmçinin, Samiyə Lakın Türkiyədə “Ağazadə” filmi ilə bağlı Kıvanc Tatlıtuğla bir neçə həftə əvvəl müzakirələr apardığı və onunla maliyyə məsələsində razılaşdığı bildirilib.

Filmin rejissoru Hamed Ənqa hələ xəbəri təsdiqləməsə də, açıqlamaları xəbərin təkzibinə bənzəməyib: “Yaxın günlərdə dəqiq məlumatlar veriləcək. İran fimində türk aktyorun iştirakı arzulanandır”.