XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 11:18

20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər planlaşdırılıb – [color=red]Nazirlikdən xəbər

Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar tabeliyində olan müəssisələrdə keçiriləcək tədbirlər planı tərtib edib. 

Bu barədə Strateq.az-a nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, idarənin kollektivinin 20 Yanvar günü Şəhidlər Xiyabanına ziyarəti daxil olmaqla, tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək. 

Həmçinin, İdarənin nəzdində fəaliyyyət göstərən “İstedad Mərkəzi” yanvarın 19-da saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş konsert təqdim edəcək.

Mərkəzin rəhbəri Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərinin ifasında milli və dünya bəstəkarlarının müxtəlif əsərləri səsləndiriləcək.