XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2019 - 15:30

Azərbaycanın sümük kimi möhkəm qalası:“İlisu sultanlığı” buradadır - VİDEO

“Sumuq qala” abidəsi Dağıstandan İlisuya qədər dağların yamacları və dərələrlə uzanan ticarət və hərbi əhəmiyyətli yolun Qaxa burulduğu yerdə tikilib.

Qala rayonun İlisu kəndi ərazisində, Kürmük çayının sol sahilində yerləşir.

XVII-XVIII əsrlərə aid qüllə sümük kimi möhkəm olduğu üçün yerli əhali “Sumuq qala” adlandırır.

Plan quruluşuna görə qala ölçüləri 6,22 metr x 6,02 metr olmaqla kvadrat şəklindədir. Müdafiə qülləsinin tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunub. Qüllənin bayır divarları əhəng məhlulu ilə suvanıb. Qalanın divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilib. Dördkünc formalı qüllənin silueti yuxarı qalxdıqca ensizləşir. Bu, qüllənin memarlığına dayanıqlılıq verməklə yanaşı, yuxarıya doğru hərəkət illüziyası da yaradır.

Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin ictimai əsaslarla “İlisu sultanlığının tarixi” adlı filial muzeyi fəaliyyət göstərir. “Sumuq qala” rayona gələn yerli və xarici turistlər üçün də xüsusi maraq kəsb edir. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. /Oxu.az