XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

23 Yanvar 2016 - 14:45

“Əli və Nino” ABŞ-da [color=red]nümayiş olunacaq

Yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək.

Azertag.az xəbər verir ki, filmin nümayişi 3 gün – yanvarın 27-də, 28-də və 31-də olacaq. Film 2015-ci ildə yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib.

“Əli və Nino” filminin icraçı prodüsseri Leyla Əliyeva, prodüsseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılıb və iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində, paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

“Sundance” beynəlxalq film festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. Festival yanvarın 21-də başlayıb və 31-dək davam edəcək.