XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 17:14

“Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər”- Qala Qoruğunda ədəbi-bədii gecə keçirildi

Azərbaycan prezidenti İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsimi ilinin elan edilməsi ilə əlaqədar “İçərişəhər” DTMQ İdarəsi silsilə tədbirlər həyata keçirməkdədir.

İdarənin sentyabrın 22-də Qala Qoruğu ərazisindəki Etno evdə təşkil etdiyi “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecəsi belə möhtəşəm tədbirlər sırasına daxil oldu. Tədbiri giriş sözü ilə acan İdarənin mətbuat katibi Rahib Azəri bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına nəzər saldı.

Daha sonra gecəyə dəvət edilən sufi və təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, səma rəqsləri qrupunun rəhbəri Hakan Mengüc haqda iştirakçılara məlumat verdi. Məşhur ifaçının bir-birindən gözəl musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatdı.

Gecənin sonunda pop, caz və xalq mahnılarının mahir ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını canlı ifa etdi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun, respublikanın tanınmış sənət adamlarının iştirak etdiyi gecə çox böyük rəğbətlə qarşılandı.